Fondumuz 2020-ci ildən fəaliyyət göstərir. Hədəfimiz Sen Martin adasının Niderland və Fransa müstəmləkəçiliyindən tam azad edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Sen Martindəki “Pro Soualiga” Fondunun katibi Renate Brayson söyləyib.
Onun sözlərinə görə, Niderland və Fransa hökumətləri adanın daxili işlərinə müdaxilə edərək, yerli əhaliyə konstitusiyada dəyişiklik etmək, eləcə də dövlət qurumlarına, parlamentə namizədlər irəli sürməyə qadağa qoyurlar.
“Məsələn, adanın Niderlanda məxsus bölgəsində qubernator Niderland tərəfindən seçilir və yerli əhalinin nümayəndəsi olur. Halbuki onun fəaliyyəti birbaşa Niderland hökuməti tərəfindən tənzimlənir. Yerli əhali öz namizədini irəli sürsə belə, bu qərar qubernator tərəfindən ləğv edilir və o, öz namizədini seçir”,- deyə, Renate Brayson qeyd edib.