2024-cü il noyabrın 5-də ATİAHİ Nizami Rayon Komitəsi və 129 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Şanlı Zəfər Tarixim" adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Nizami rayonunun təhsil müəssisələrində çalışan şəhid ailələri, müharibə iştirakçıları və qazilər iştirak ediblər. ATİAHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin təbriklərini çatdırıb. Hər il keçirilən bu bayramın tarixi əhəmiyyətindən bəhs edən S. Əsədov bildirib ki, Azərbaycan Ordusunun 44 gün ərzində apardığı haqq mübarizəsi dünya tarixində yeni bir səhifə açdı. Müasir texnologiyaların istifadəsi, peşəkar hərbi heyət və strategiya ilə yanaşı, xalqın möhtəşəm birliyi bu Zəfəri mümkün etdi. Qələbəmiz müstəqil dövlətimizin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirdi. Tədbir zamanı ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin adından şəhid ailələrinə və müharibə iştirakçılarına qiymətli hədiyyələr təqdim olundu.
Tədbirdə qonaq qismində Cavanşir Alxasov, Pərvanə İsmayılova, Sehran Səfərov, şəhidlərin yaxınları və müəllimlər, o cümlədən, şəhid yoldaşları Leyla Mehdizadə (3 nömrəli xüsusi təhsil məktəbinin müəllimi), Müşkünaz Kərimova (3 nömrəli xüsusi təhsil məktəbinin işçisi), Yasəmən Şahverdiyeva (12 saylı tam orta məktəbin müəllimi), şəhid qızı Şəhanə Abbasova (12 saylı tam orta məktəbin müəllimi), şəhid qızı Günel Əlizadə (110 saylı uşaq bağçasının tərbiyəçi-müəllimi), şəhid anaları Solmaz Şahsuvarova (32 saylı tam orta məktəbin işçisi) və Kəmalə Abdullayeva (278 saylı uşaq bağçasının tərbiyəçi-müəllimi), digər şəhid yaxınları və müharibə veteranları iştirak ediblər. Bununla yanaşı Mənzər Şirinova (109 saylı tam orta məktəbin işçisi), Rayihə Quliyeva (109 saylı tam orta məktəbin müəllimi), Aynurə Əliyeva (145 saylı tam orta məktəbin müəllimi), Leyla Hüseynova (214 saylı tam orta məktəbin müəllimi), Əminə Kərimova (229 saylı tam orta məktəbin direktor müavini), İradə Pirverdiyeva (238 saylı tam orta məktəbin müəllimi), Aynur Rzayeva (110 saylı uşaq bağçasının tərbiyəçi-müəllimi), Yeganə Alıyeva (3 nömrəli internet məktəbin müəllimi), müharibə veteranları Ruslan Ağamalıyev (328 saylı tam orta məktəbin direktoru) və Ağarəzi Ağayev (70 nömrəli məktəb-liseyin işçisi), Vətən Müharibəsi Qəhrəmanı Zəfər Usubov, Xalq Şairi Baba Vəziroğlu, 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyeva və Polkovnik Siyavuş Qasımov tədbirə qatılıblar.