Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sumqayıtda

post-img

Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Ülviyyət” adlı tədbir keçirilib.

Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. O, tədbirdə sərgilənən müxtəlif sənət əsərləri ilə yaxından tanış olub. Sərgidə rəssamlıq, daş tozundan fiqurların tökülməsi, ağac üzərində bədii oyma, toxuculuq və digər sənət növləri üzrə əl işləri nümayiş olunub.

Tədbir çərçivəsində, həmçinin şəhid ailəsi üzvlərinin əl işlərindən ibarət kulinariya sərgisi də təşkil edilib. Şəhid övladlarından ibarət “Zəfər sədası” xor qrupunun ifasında səslənən Vətənə həsr olunmuş mahnılar tədbirə xüsusi ab-hava qatıb.

Sonda Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları və sağlamlıq imkanları məhdud şəxslər birgə türk rəqsi ifa ediblər. Qarabağ müharibəsi qazisi və Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşının inklüziv rəqsi də iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

XQ



Sosial həyat