Mən həmişə Azərbaycanın dostu və bu ölkənin vətənpərvəri olaraq qalacağam. Çünki bu xalq azadlıq naminə çoxlu qurban verib.
Bu sözləri litvalı hərbi jurnalist Riçardas Lapaytis AZƏRTAC-ın yutub kanalında yayımlanan “Günün mövzusu” proqramında deyib.
Onun sözlərinə görə, xaricilər üçün Azərbaycan qonaqpərvər xalqı olan gözəl bir ölkədir. “Bakıya yollandığımı deyəndə Türkiyəyə istirahətə gedənlərin çoxu “mən də oraya getmək istərdim. Orada çox ləzzətli mətbəx, gözəl insanlar var”, - deyə söylədilər... Ölkəni xalqı, insanları gözəlləşdirir və burada hər addımda bu gözəlliyi hiss edirsən. Ona görə də sizi çox isti qəbul edirlər və mən bu istiliyi Vilnüsün özündə də hiss edirəm”, - deyə o qeyd edib.