"Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyinin üzvləri və təşkilatın gənclər şöbəsinin üzvləri olan tələbə-gənclər 27 Sentyabr Anım Günü ilə əlaqədər olaraq Azərbaycanın Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi, şəhidlər xiyabanını ziyarət edib onların ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, sabah 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən II Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım Günüdür.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.