BƏT-in rəsmisi: Çox şadam ki, Bakı iqlim dəyişikliyi ilə mübarizə prosesində iştirak edir

post-img

Son illər ərzində ədalətli keçidlə bağlı dünyanın müxtəlif yerlərində tədbirlər keçirilir. Çox şadam ki, Bakı da bu prosesdə iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərinin fəaliyyətləri üzrə Bürosunun direktoru Maria Helena Andrena "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.

Regionda və dünyada baş verən təbii fəlakətlərin şahidi olduğumuzu diqqətə çatdıran BƏT-in rəsmisi neft və qaz hasilatı, atom bombaları və digər iqlim dəyişikliyinə təsir edən amillərlə bağlı narahatlığını ifadə edib. O, iqlim dəyişikliyi ilə bağlı mübarizədə səfərbər olmağın əhəmiyyətini qeyd edib, həmkarlar ittifaqları təşkilatlarının COP29-a verəcəyi töhfə ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə müştərək layihələrdən, təcrübə mübadiləsindən danışıb.

Sosial həyat