Oğurluq halları ilə bağlı araşdırmalara başlanılıb

post-img

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsi ərazisində bir həyətdən 2000 manat dəyərində darvaza, bir evdən 8000 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər həyətdən isə 700 manat dəyərində su çəni oğurlanıb. 

DİN mətbuat xidmətinin məlumatına görə, bunlarla əlaqədar əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı T.Əhmədov  və  əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 26 yaşlı A.Hacızadə müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalarla T.Əhmədovun müxtəlif vaxtlarda Ramana qəsəbəsi ərazisində 3 evdən ümumilikdə 6100 manat dəyərində məişət əşyaları və elektrik naqili oğurlaması da müəyyən olunub.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları isə sentyabrın 22-nə keçən gecə 2-ci Şahsevən kəndində bir həyətdən  2 baş qoyun oğurlamaqda şübhəli bilinən Ə.Hüseynovu saxlayıblar. 

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat