Göyərtilərin insan sağlamlığındakı rolu hər kəsə məlumdur. Amma onların toxumunun da bir o qədər faydalı olduğunu çoxları bilmir. Keşniş toxumunun 7 faydası barədə mütəxəssislər Rusiya mətbuatına açıqlama veriblər. Açıqlamada bildirilib ki, keşniş toxumu...
– Göz sağlamlığına olduqca faydalıdır. Tərkibindəki A vitamini ilə görmə zəifliyinin qarşısını alır;
– B vitamini sayəsində sinir sisteminə dəstək verir. Yuxusuzluq, yorğunluq və stress kimi narahatlıqları azaldır;
– Ürəktutma və iflic kimi riskli xəstəliklərin yaranmasını azaltmağa kömək edir. Eyni zamanda xolesterol səviyyəsini də tarazlaşdırır;
– İmmunitet sistemini gücləndirir. Antibakterial xüsusiyyəti sayəsində bədəni infeksiyalara qarşı qoruyur;
– Ağız qoxusunu aparır və ağızda yaranan yaralara infeksiya düşməsini əngəlləyir;
– Kalsium baxımından zəngin olan keşniş toxumu sümüklərin uzun illər boyu sağlam və güclü qalmasını saxlayır;
– Tərkibində olan uçucu yağ turşusu sayəsində dəri problemlərinin daha sürətli sağalmasını təmin edir.
Z.HÜSEYNLİ
XQ