Yeni “Wi-Fi” rekordu

post-img

Avstraliyanın “Morse Micro” şirkəti “Wi-Fi” texnologiyasında “HaLow” standartı ilə 15.9 ki­lometr simsiz əlaqə yaratmaqla yeni dünya re­korduna imza atıb. Şirkətin həyata keçirdiyi yeni sınaqda bağlantı saniyədə 2 meqabit sürətlə təmin edilib.

Bu ilin yanvarında şirkət San-Fransiskoda “Wi-Fi” texno­logiyası ilə 2.9 kilometr bağlantı yarada bilmişdi. Yeni rekord əvvəlki məsafədən 5 dəfədən də çoxdur. Bu nəticə “HaLow” texnologiyasının maksimum diapazonu hesab edilir. 

“HaLow” texnologiyası, xüsusilə kənd yerlərində və əkin­çilik kimi açıq tətbiqlərdə böyük potensial vəd edir, geniş əra­zilərdə əlverişli internetə çıxış təmin edə bilər. İT və texno­logiya ekspertləri bildirirlər ki, “HaLow” şəhərlərdə və qapalı məkanlarda məhdud faydalı ola bilər.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya