Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

post-img

Polis əməkdaşlarının sentyabrın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat