Bu gün Misir prezidenti Türkiyəyə gəlir

post-img

Bu gün Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə rəsmi səfərə gəlir. Məlumatı “anadolu” verib.  

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən verilən məlumata görə, səfər çərçivəsində prezidentlər Ərdoğan və əs-Sisinin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Şuranın iclasında Türkiyə-Misir əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün qarşıdakı dövrdə atılacaq birgə addımlar müzakirə olunacaq.

Danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, tərəflər aktual regional və qlobal problemlər, xüsusilə də İsrailin Qəzza zolağı və işğal olunmuş Fələstin ərazilərinə hücumları ətrafında fikir mübadiləsi aparacaqlar.

Danışıqlar nəticəsində münasibətlərin müqavilə bazasının möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sənədlərin imzalanması gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya