Putin G20 sammitində iştirakla bağlı qərar verməyib

post-img

Rusiya prezidenti Vladimir Putin Braziliyada keçiriləcək G20 sammitində iştirakla bağlı hələ qərar verməyib. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

Peskov çərşənbə günü jurnalistlərə deyib: “Prezident hələ qərar verməyib”.

Onun sözlərinə görə, Rusiya G20 çərçivəsində işləməyə davam edir, öz həmkarları ilə fəal qarşılıqlı əlaqədədir. Lakin Putinin sammitə səfəri ilə bağlı heç bir qərar verilməyib.

P.ƏMİRCANOV
XQ

Dünya