2 kiloqram narkotik vasitə tutulub

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə çəkisi 2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Bakı şəhər sakini T.Əsgərova saxlanılıb. Ondan 1 kiloqram 970 qram çəkidə marixuana aşkar olunaraq götürülüb. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat