Beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermə prosesini sərbəst şəkildə izləyirlər

post-img

Məntəqəmizdəki seçki prosesini veb-kamera vasitəsilə canlı izləmək mümkündür. Eyni zamanda, beynəlxalq müşahidəçilər buraya gələrək səsverməni rahatlıqla izləyə bilirlər.

Bu sözləri 16 saylı Yasamal ikinci seçki dairəsinin 25 saylı məntəqə seçki komissiyasının sədri Kəmalə Sadıxova deyib.

O qeyd edib ki, məntəqə üzrə 1027 seçici qeydiyyata alınıb. “On səkkiz yaşı tamam olan seçicilərimizin sayı on yeddi nəfərdir. Ən yaşlı seçicimizin isə 99 yaşı var”, - deyə K.Sadıxova bildirib.

Sosial həyat