Həmyerlimiz Qırğızıstanın ali “DOSTUK” ordeni ilə təltif olunub

post-img

Avqustun 31-də Qırğızıstan Respublikası Prezidenti Administrasiyasının yeni “Intımak Ordo” binasında Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyi, həmçinin Qırğızıstan Respublikasının Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Qırğızıstan Prezidenti Sadır Japarov ölkə və xalq qarşısında yüksək fəaliyyətlərinə görə ali dövlət fərqlənmə nişanları ilə təltif olunan şəxslərə dövlət mükafatları təqdim edib.

Həmyerlimiz, Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Qırğızıstanın ali “DOSTUK” ordeni ilə təltif olunub. S.Japarov Nüsrət Məmmədovun xidmətlərini vurğulayaraq, onun Qırğızıstanda türkdilli ölkələrin qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə bu dövlətlərin görkəmli yazıçılarının əsərlərinin tərcüməsi və nəşrinə xüsusi diqqət verdiyini, ictimaiyyətə təmənnasız yaydığını qeyd edib.

Tədbirin bədii hissəsində Qırğızıstanın Xalq artisti Gülzinat Surançiyeva sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi professor Abbasqulu Nəcəfzadəyə məxsus olan, Qırğızıstan Televiziya və Radio Yayım Şirkətinin “Qızıl fond”una daxil edilmiş “İssık-kul” mahnısını ifa edib.

Sosial həyat