Vlada Qalan: İndiyədək seçki prosesinə maneə yaradan heç bir halla qarşılaşmamışıq

post-img

İndiyədək seçki prosesinə maneə yaradan heç bir halla qarşılaşmamışıq və ümid edirik ki, günün sonuna qədər belə davam edəcək”.

Bu sözləri ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi Vlada Qalan deyib.

Azərbaycana və Bakıya təkrar səfər etməkdən çox məmnun olduqlarını vurğulayan xanım Qalan bildirib: “Biz artıq 7-ci dəfədir burada seçkiləri müşahidə edirik. Daha əvvəllər hətta referendum seçkilərində belə iştirak etmişik.

Bizim komandamız Azərbaycanda 2013-cü ildən bəri çalışır. Bu il komandamız artıq bir aydır ki, “exit-poll”un təşkili məsələləri ilə məşğul olub. Bu seçkilərlə əlaqədar 875 məntəqədə “exit-poll” aparmışıq və 21 mindən çox respondentin fikirləri almışıq. Hər məntəqədə iki əməkdaşımız var. Bu günün sonunadək müsahiblərimizin sayını 63 minə çatdırmağı düşünürük”.

Siyasət