Ananası yeyərsən, faydasını görərsən

post-img

Ananas uşaqların da, böyüklərin də çox sevdiyi tropik meyvədir. O, ödemi azaltmağa kömək edən xüsusiyyətləri ilə seçilir. Bunun əsas səbəbi ananasın tərkibindəki bromelain fermenti və yüksək səviyyədə suyun olmasıdır.

Qeyd edək ki, ödem bədəndə həddindən artıq maye yığılma­sı nəticəsində toxumaların şişməsidir. Adətən, əllər, ayaqlar, ayaq biləyi kimi nahiyələrdə dəri altında baş verir, lakin bəzi hallarda bədənin digər hissələrində də ödemə rast gəlmək mümkündür.

Bu hal yalnız estetik baxımdan xoş görünmür, həm də öde­min toplanması sağlamlıq üçün yaxşı əlamət deyil. Mütəxəssislər ödem üçün təbii vasitə olaraq ananas yeməyi məsləhət görürlər. Çünki ananasın tərkibində olan bromelain fermenti iltihab əley­hinə xüsusiyyətlərə malikdir. Bu da toxumalarda şişkinliyi və öde­mi azaltmağa kömək edə bilər. Bu ferment, xüsusilə zədələr və ya cərrahi əməliyyatlardan sonra yaranan ödemi azaltmağa kömək edir.

Ananasın yüksək su tərkibi bədənin nəm balansını qoruyur və toksinləri çıxarır.

Araşdırmalarla sübut olunub ki, gündə 1 dilim ananas qəbul edən insanlarda heç vaxt ödem, şişkinlik olmur.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat