“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti

post-img

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakın (aktivin) 13 sentyabr 2024-cü il saat 16.00-da müsabiqə yolu ilə satışının keçirilməsi barədə

ELAN

I. Satılacaq əmlaklar barədə məlumat:

S/N
Növü
Ünvanı
Tikili sahəsi (kv.m)
Torpaq sahəsi (ha)
Torpaq sahəsinin kateqoriyası (təyinatı)
Yüklülük vəziyyəti
Start qiyməti (manatla)
1
yaşayış sahəsi
Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 37, mənzil 30. 
54,80
-
-
yüklü deyil
24.500,0 
 

Müsabiqə ilə bağlı əlavə məlumatlar:

Ərizə və təkliflər sifarişli məktub göndərməklə və ya şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsi ilə) təqdim etməklə rəsmiləşdirilir: “Aqrarkredit” QSC-nin baş ofisi, AZ1006, Azərbay­can Respublikası, Bakı şəhəri, Qədirli küçəsi 125.

Ərizələrin qəbulunun başlanması və bitməsi tarixi: 2 sentyabr 2024-cü il – 10 sentyabr 2024-cü il.

Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 13 sentyabr 2024-cü il, saat 16.00-da.

Müsabiqənin keçirildiyi ünvan: “Aqrarkredit” QSC-nin baş ofisi, AZ1006, Azərbaycan Respublikası, Bakı şəhəri, Qədirli küçəsi 125.

Əmlaka, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olma qaydası və müddəti: 2 sentyabr 2024-cü ildən 10 sentyabr 2024-cü ilədək, həftənin 3-cü və 5-ci günləri,

“Aqrarkredit” QSC-nin baş ofisi: Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.

Əlaqəli şəxs: Şahin Seyidov. Telefon -050-235-99-90.

İddiaçılar qarşısında irəli sürülən şərtlər:

1. İddiaçı tərəfindən əmlakın dəyərinin 5 faizi həcmində beh məbləğinin ödənişi.

2. Müsabiqənin qalibinin əmlakın dəyərinin 7 (yeddi) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanəti.

3. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.

4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etmə­lidir.

5. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər bərabər olduqda həmin iddiaçılar yeni məbləği və əmlakın dəyərinin tam ödənilməsi müddəti göstərilməklə yenidən təklif təqdim etməlidirlər. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir. 

6. İddiaçılar tərəfindən təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nü­mayəndəsinin iştirakı ilə açılacaqdır.

7. Müsabiqə zamanı əmlakın start qiymətindən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər: 

1. İddiaçının ərizəsi (iddiaçı özü və iddia etdiyi aktivin məlumatlarını tam əks etdirməklə). 

2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.

3. Təklif (bağlı zərfdə qiymət rəqəmlə və sözlə göstərilməklə).

4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.

5. İddiaçının müsabiqədə nümayəndəsi olduğu halda etibarnaməsinin və şəxsiyyəti təsdiq edən sənədin surəti.

Beh ödənilməsi üçün bank rekvizitləri:

Kodu: 501587

VÖEN: 1300025711

SWIFT BIC: ACJTAZ22

Ünvan – AZ 1006, Bakı şəhəri, Qədirli küçəsi 125.

Mərkəzi Bankda müxbir hesab-AZ45NABZ 01350100000000035944.

Beh məbləği köçürülür:

“Aqrarkredit” QSC-nin Maliyyə departamentinin əməliyyat şöbəsi.

H/h- AZ67ACJT45019192794010094401.

Reklam və elan