Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu il avqustun 30-da Ağdaş şəhərindəki Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Ağdaş və Göyçay rayonları sakinlərinin qəbulu keçiriləcəkdir.
Məlumatı nazirliyin mətbuat xidməti verib.
Qəbula gələn vətəndaşların qeydiyyatı 29 avqust tarixində Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
XQ