Çin XİN: ABŞ Tayvanı silahlandırmağı dayandırmalıdır

post-img

ABŞ Tayvana silah tədarükünü dayandırmalı və Çinin sülh yolu ilə birləşməsini dəstəkləməlidir. Bunu avqustun 28-də Çinin xarici işlər naziri Van İ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqlar zamanı bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

Çinli nazir deyib: “Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləməmək, vahid Çin prinsipinə və üç Çin-ABŞ birgə kommünikesinə əməl etməli, Tayvanı silahlandırmağı dayandırmalı və Çinin dinc yolla birləşməsini dəstəkləməlidir”.

Van İ Vaşinqtonu 2023-cü ilin payızında San-Fransiskoda ABŞ prezidenti Co Bayden və Çin sədri Si Tszinpin arasında keçirilən danışıqlarda əldə edilmiş razılaşmalara əməl etməyə çağırıb. Sonra Amerika tərəfi bir Çin prinsipi ilə razılaşdığını təsdiqlədi.

P.ƏMİRCANOV
XQ

Dünya