7 min il yaşı var, 7 qat faydası var

post-img

Sirkə orqanizmdə bakteriya və virusları məhv edən ən təbii içkilərdən biridir. Türkiyəli professor, dietoloq həkim Canan Karatayın sözlərinə görə, sirkə 7 min ildir istifadə edilən təbii dərmandır.

O, ev sirkəsinin ən sağlam içki ol­duğunu diqqətə çatdırıb. İnsanlara mü­raciətlə “Xahiş edirəm bundan istifadə edin”, – deyən professor sirkəni mütləq evdə hazırlamağı məsləhət görüb. C.Karatay qeyd edib ki, bazar və market­lərdə satılan sirkədən məişətdə təmizlik üçün istifadə etmək daha məqsədəuy­ğundur.:“Ev sirkəsi özünüz hazırladığı­nız zaman ən sağlam içkidir. Hər cür pa­raziti öldürür, toksinləri çıxarır, orqanizmi təmizləyir”.

Professor təbii sirkəni səhər saat­larında içməyi və ya salatlara əlavə etməyi məsləhət görüb. O, əlavə edib ki, evdə hazırlanmış sirkə­dən 2 ay istifadə etmək olar.

C. Karatay təbii alma sirkəsini hazır­lamağın qaydasını da izah edib: “Evdə alma sirkəsi hazırlamaq üçün sizə alma, içməli su, təbii fermentləşdirilmiş alma sirkəsi, şüşə qab və istilik saxlaya bilən örtük lazımdır. Almalar yuyulduqdan sonra doğrayıb bankaya qoyun və onla­rın üzərini örtəcək qədər içməli su əlavə edin. Sonra 1 stəkan fermentləşdirilmiş alma sirkəsini də buraya qatın. Qarış­dırdıqdan sonra üzərini örtüb qaranlıq yerdə saxlayın”.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat