Yenə də Aranda yağmursuz və isti, dağlarda yağış, həm də külək...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. 

Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-26°, gündüz 32-37° isti ola­caq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq. Ab­şeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərlik­lərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, Cənub çimərliklərində: (Türkan, Höv­san, Sahil, Şıx) 28-29° isti olacaq. Azər­baycanın rayonlarında əsasən yağmur­suz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şim­şək çaxacağı ehtimalı var. Ayrı-ayrı yer­lərdə qısamüddətli leysan xarakterli ola­cağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya