Sosial şəbəkələrdə narkotik satmağı planlaşdırırdı

post-img

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Fətəliyev saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib. 

O, ifadəsində üzərindən aşkar edilən narkotikləri Nihad adlı tanışından aldığını bildirib. Tədbirlərin davamı olaraq həmin şəxs - 1995-ci il təvəllüdlü Nihad Eminli də saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 1 kiloqrama yaxın satış məqsədilə əldə etdiyi marixuana, çətənə kolları və 272 ədəd psixotrop tərkibli satışı qadağan olunan preqabalin həbi ələ keçirilib.

N.Eminli psixotrop tərkibli həbləri sosial şəbəkələrdə əsasən gənclər arasında satmağı planlaşdırıb və özünü kuryer şirkətlərindən birinin əməkdaşı kimi təqdim edərək idarə etdiyi motosikletlə narkotiklərin daşınmasını təşkil edib. 

Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat