Möhkəm ol, ay ürək – sağlam qida sənə dirək

post-img

Ürəyi xəstəliklərdən qorumaq üçün profilaktika məqsədilə bir sıra qida məhsullarının qəbulu zəruridir. Dietoloqlar bu qidalardan bəzilərinin gündəlik rasiona daxil edilməsini və qəbulunu tövsiyə edir. Bunlar aşağıdakılardır:

Brokkoli. Nəinki ürəyi qoruyur, hətta onda xəstəliklə­rin yaranması və inkişafı riskini azaldan fitonutrientlərlə zəngindir. 

Balıq. Omeqa-3 yağ turşuları ilə zəngindir. Omeqa -3 qanda xolesterinin səviyyəsini aşağı salır, eyni zamanda, tromb və infarkt riskini azaldır.

Giləmeyvələr. Ürək əzələlərini möhkəmləndirən və orqanlardakı soyuqlamanı aradan qaldıran antioksidant­larla zəngindir.

Avokado. Qanda xolesterinin səviyyəsini aşağı salır, ürək-damar xəstəliklərinin yaranmasına əngəl olur.

Kök. Ürək xəstəliklərinin və infarktın qarşısını alan beta-karotinlə zəngindir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat