Aranda yağmursuz, dağlarda yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 20-25°, gündüz 32-37° isti olacaq. 

Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun tempe­raturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq külə­yi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya