Mərzə çayı – ərit piyi

post-img

Elmi adı bibəriyyə olan mərzədən (bəzi bölgələrdə buna ətotu deyirlər) hazır­lanan çay insanı arıqladır, görünüşünü dəyişir, dərisinə parlaqlıq verir. Bu fikri rusiyalı dietoloqlar jurnalistlərə açıqlamalarında bildiriblər. 

Mütəxəssislərin fikrincə, xalq təbabə­tində bibəriyyəni həmişə “yağ yandıran bitki” kimi tanıyıblar. Ondan hazırlanan çay tərkibindəki bioloji aktiv maddələr he­sabına maddələr mübadiləsini sürətlən­dirir. Bu da piy toxumasının yanmasına səbəb olur. 

Mərzədən hazırlanan çay, həmçinin si­dikqovucu xüsusiyyətilə seçilir. Meteorizm (bağırsaqlarda qaz yığılması) və köp za­manı həmin çaydan istifadə edilir.

Bibəriyyə çayını səhərlər acqarına və yaxud gündə bir neçə dəfə, hər qida qə­bulundan sonra içmək faydalıdır. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat