ABŞ-da Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş tədbir keçirilib

post-img

ABŞ-nin Nyu-Cersi ştatının Sikasus şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı və Amerika Azərbaycan Cəmiyyətinin yaranmasının 67-ci ildönümünə həsr edilmiş konfrans keçirilib.

Konfrans Amerika Azərbaycan Cəmiyyətinin “AzeriNext” Gənclər Proqramının iştirakçıları tərəfindən təşkil edilib. Tədbirdə Amerika Azərbaycan Cəmiyyətinin üzvləri Cavid Mürsəlov,  Leyla Əzimova, Osman Səid, İbrahim Məmmədov, Şennen Hosman, Şevrin Hosman, Leyla Sadıxova, Teymur Sadıxov, Fərid Əhmədov və Əsmər Əhmədova, Dr. Nərgiz Qasımova, Sevinc Novruzova iştirak ediblər.

Qonaqları salamlayan Amerika Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri 106 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Proqramın iştirakçıları olan gənc soydaşlarımız konfransda çıxış edərək gələcəyə baxış istiqamətləri və yeni ideyalarla bağlı fikirlərini bölüşüblər.

Anar ƏLİ
XQ

Sosial həyat