Goranboyun Kəhrizli məktəbində müəllimlər də vahid forma geyinir

post-img

Bu günlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin  rəhbərliyi Goranboy rayon R.Əliyev adına Kəhrizli kənd tam orta məktəbin kollektivi ilə görüşüb. Məqsəd son vaxtlar bu kollektivin uğurları ilə bir daha yerində tanış olmaq,onların arzu və istəklərini öyrənmək olub.

İdarə müdiri  Anar Qədiməliyev 2023-2024- cü tədris ilində məktəbin uğurlarına görə pedoqoji kollektivi təbrik edərək təhsilin insan həyatında əhəmiyyətli rolundan danışaraq müəllimlərin vahid formadan istifadə etməsini nümunəvi addım kimi qiymətləndirib. Müasir təhsil sistemində uğur qazanmağın yolları ilə bağlı öz təklif və tövsiyyələrini bildirib. 

Məktəbin Respublika fənn olimpiadasının final mərhələsində qalib gələrək qızıl medal qazanan şagirdi Fazilə Paşayevaya və fənn müəllimi Aygül İsmayılovaya hədiyyələr təqdim olunub.
       

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri

 

 







Sosial həyat