Goranboyda uşaqların bayramında rəqs etdilər, mahnı oxudular, yarışdılar...

post-img

Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov bayram münasibəti ilə uşaqları təbrik etmiş, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışlar.Qeyd etmişlər ki,  Ümummilli Liderimiz Heydər Əliyev uşaqlara qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi Goranboyda da  bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal təhsili, sağlamlığı və əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. 

Uşaqları təbrik edənlər onlara uğurlar dilədilər.

Tədbirdə istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi.Eyni zamanda tədbirə toplaşanlar idmançıların nümunəvi çıxışlarına,əl işlərindən ibarət rəsm sərgisinə baxdılar.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy rayonu



















Sosial həyat