Vanda Qərbi Azərbaycana qayıdışa dəstək

post-img

Türkiyənin “Van Yüzüncü İl” Universitetində Qərbi Azərbaycanda erməni zorakı­lıqları nəticəsində doğma torpaqlarından didərgin düşmüş və Türkiyənin müxtə­lif bölgələrinə sığınmış soydaşlarımızın taleyi ilə bağlı konfrans keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan universi­tetin Sosial elmlər kafedrasının müdiri, professor Bəkir Koçlar ötən əsrin 20-ci illərində erməni zülmünün azərbaycan­lıların zorla yurdlarından çıxarılmasına səbəb olmasından, bu ailələrin acı ta­lelərindən bəhs etmişdir. O demişdir ki, Şərqi Anadolunun müxtəlif yerlərində məskunlaşan əhali bu günə qədər öz doğma vətənlərinə geri dönmək arzuları ilə yaşayır, yurd həsrəti çəkirlər. Onların Qərbi Azərbaycana geri dönmələri zəru­ridir və beynəlxalq qanunlara tamamilə uyğundur. 

Konfransda məruzə edən Türkiyə­nin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim Qafar Meh­diyev tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni Ermənistan dövlətinin elan olunmasından sonra, buraya erməni əhalinin köçürülərək gətirilməsindən, İrə­van xanlığının ərazisində demoqrafik du­rumun ermənilərin xeyrinə süni surətdə dəyişdirilməsindən, eləcə də Ermənistan dövlətinin planlı şəkildə etnik təmizləmə siyasəti həyata keçirməsindən danışmış­dır. 

Q.Mehdiyev, həmçinin ermənilərə xas olan qatı irqçi düşüncə nəticəsində azərbaycanlıların ayrı-ayrı dövrlərdə öz torpaqlarından çıxarılması ilə bağlı ta­rixi sənəd və dəlillərdən nümunələr gə­tirmişdir. Qeyd etmişdir ki, 1918-ci ildən başlayaraq, 1988–1989-cu illərə qədər davam edən repressiya və deportasiya aktları Ermənistanı monoetnik dövlətə çevirmişdir.

İndi bu ölkədə bir nəfər də olsun azər­baycanlı yaşamır. Lakin Qərbi Azərbay­can əsilli milyonlarla əhali öz Vətənini unutmamışdır. Onlar öz doğma yurdla­rına qayıtmaq üçün mübarizə aparmaq əzmindədirlər. Ermənistan dövləti bu insanların dönüş haqqını əllərindən ala bilməyəcək.

Konfrans Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ma­liyyə yardımı və “Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin təş­kilatçılığı ilə keçirilmişdir.

XQ



Sosial həyat