Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 53-cü görüşü İranın Təbriz şəhərində keçirilib.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.
XQ