Əziz oxucu! Qarşında gördüyün bu fotonu tələbə dostlarımdan biri özünün “Facebook” səhifəsində paylaşıb. Belə foto-peyzajlara, rəsmlərə, etüdlərə sosial şəbəkələrdə son vaxtlar tez-tez rast gəlmək mümkündür. Haqqında söhbət açdığım paylaşımın özəlliyi isə ondadır ki, dostum foto ilə bərabər, xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin məşhur şeirlərindən birinin aşağıdakı bəndini də yerləşdirib:
Dərd çəkirəm, bilmirəm,
Çəkdiyim dərd kimindir?
Dərd çəkirəm dərdimi,
Görən çəkir kim indi?
Yeri gəlmişkən, paylaşımda belə bir qeyd də var: “Bu misralar mənim vaxtilə ən çox sevdiyim şeirdəndir”. Həqiqətən, gözəl və düşündürücü şeir parçasıdır. Bəs, siz necə düşünürsünüz?
Dərd barədə şeirlər çoxdur. Birini də sevimli şairimiz Ramiz Rövşəndən biz yada salırıq:
Göz yaşları süzüldükcə
Adamın quru üzünə,
İçimizə batan dərdlər,
Bir-bir çıxır su üzünə.
Təqdim etdi:
M.HACIXANLI
XQ