Gənc aşpazlar Beynəlxalq Halal Mətbəx Turnirində

post-img

16-19 mayda Kazan şəhərində Rusiya – İslam Dünyası Forumu çərçivəsində Gənc aşpazların Beynəlxalq Halal Mətbəx Turniri keçirildi. Turnirdə Azərbaycan, Rusiya (Sankt-Peterburq şəhəri), Tatarıstan, Özbəkistan, Qırğızıstan və başqa ölkələr iştirak edirdilər. 

Azərbaycanı Turnirdə Milli Kuninariya Assosiasiyasının (AMKA) üzvü Rəşad Səmədov təmsil edirdi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanın şirin inciləri” Qrant layihəsi çərçivəsində əlavə olaraq AMKA-nın üzvü, məşhur qənnadçı Çingizxan Almazov da iştirak edirdi. Açılış gününə Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minixanov da qatılmışdı. 

Tədbirin keçirilməsində məqsəd Turnir iştirakçılarına, münsiflərə və yerli aşpazlara Qərbi Azərbaycan Şirniyyatlarını öyrətmək, usta siniflərlə daha çox mütəxəssisə Qərbi Azərbaycan şirniyyatlarını öyrətmək, Tatarıstan diasporası ilə  birlikdə Kazandakı “Oqni Baku” restoranında Qərbi Azərbaycan şirniyyatları və mətbəxini sərgiləmək idi. 

Turnir zamanı hər bir ölkədən  gələn aşpaz və qənnadçılar tərfindən 5 gün müddətində yerli aşpazlara ustad dərsləri keçirildi. Dərslərdə İrəvan xanlığına aid olan şirniyyat və xörəklərin hazırlanması öyrədildi, 5 mütəxəssisə müvafiq sertifikatlar təqdim edildi. Gənc aşpaz Rəşad Səmədov ən yaxşı dizayn nominasiyasında qızıl medal qazandı. Usta qənnadçı Çingizxan Almazov tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanın şirin inciləri” Qrant layihəsinə aid olan “Qərbi Azərbaycan şirniyyatları” ustad dərsləri və bu şirniyyatların təqdimatı keçirildi.

Xörək və şirniyyatların sırasında qonaqlara “Bizim Tarla” firması tərəfindən hazırlanmış Qərbi Azərbaycan mətbəxinə aid mürəbbələr də təqdim edildi. Tədbir zamanı Milli musiqidən və rəqslərdən, milli geyimlərdən də istifadə edildi. Qeyd edək ki, Azərbaycan bu yarışlarda həm də Beynəlxalq münsiflər heyətinə sədrlik edirdi.







Sosial həyat