Qanunsuz saxlanılan odlu silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, mayın 8-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı,  3 tüfəng, 2 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər də davam etdirilib. Mayın 8-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı,  2 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat