Ərdoğan: Aİ Türkiyə ilə münasibətlərin dalana dirənməsinə yol verməməlidir

post-img

Aİ ölkələri Ankara ilə Brüssel arasında münasibətlərin inkişafına mane olan siyasət yürütməkdən çəkinməlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Mayda qeyd olunan Avropa Günü münasibətilə müraciətində deyib. Məlumatı “Anadolu” verib. 

Müraciətin mətni Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiya Departamenti tərəfindən yayılıb.

“Aİ-nin Türkiyə ilə münasibətləri ədalətli və nəticəyönümlü yanaşma əsasında qurması, münasibətlərimizin dalana dirənən siyasətdən və müzakirələrdən yayınması son dərəcə vacibdir”, - Türkiyə lideri bildirib.

Dövlət başçısı xəbərdarlıq edib ki, Brüsselin Türkiyəyə qarşı Aİ-yə də mənfi təsir göstərən “təcrid siyasəti” qarşısında Türkiyə “strateji imkan və potensialından istifadə etməkdən çəkinməyəcək”.

P.ƏMİRCANOV
XQ

Dünya