Aprel ayının gəlməsi ilə bazarlarda, marketlərin meyvə-tərəvəz şöbələrində rəngarəng məhsullar görünür. Türkiyəli professor Canan Karatay hər meyvə və tərəvəzi mövsümündə yeməyi tövsiyə edir.
Dietoloq bildirib ki, yazda mövsümi qidalanmaya diqqət yetirmək, gün ərzində istifadə etdiyimiz qida əlavələrindən uzaq durmaq və tərkibində kimyəvi maddə olmayan məhsullardan istifadə etmək lazımdır. Baharın gəlişi ilə aprel ayında hansı meyvə, tərəvəz və göyərtilərdən istifadə edək ki, bədənimizə xeyri olsun və qışda itirdiyimiz vitamin və mineralların yerini az da olsa doldursun?
Canan Karatayın fikrincə şüyüd, paxla, kahı, təzə yaşıl noxud, cəfəri, göy soğan, təzə sarımsaq, rozmarin (mərzə), nanə, pərpərən (bəzi bölgələrdə pərpətöyün), çuğundur, quşqonmaz (qulançar), kök məhz orqanizmin tələb etdiyi maddələrlə zəngindir.
Karatay həmçinin qeyd edib ki, aprelin faraş meyvələri alça və çiyələkdir.
Z.HÜSEYNLİ
XQ