Bu qida həm ucuzdur, həm də sıfır kalorilidir. Onu hər gün rasiona daxil etmək olar. Söhbət kahıdan gedir. Salat kimi tanınan kahı yarpaqları müxtəlif rəngdə və formada olur.
Bu yarpaqlara çoxlu vitamin və faydalı maddələr var. Onun tərkibindəki:
A vitamini – immunitetin funksiya göstərməsində rol oynayır.
K vitamini – sümüklər və qan laxtalanması üçün çox vacibdir.
B9 vitamini – fol turşusu qanazlığına qarşı, onurğa iliyi və sinir sistemi üçün əhəmiyyətlidir.
C vitamini və kalium, fenol turşusu və flavonoidlər hüceyrələri zədələnmədən qoruyur.
Həkimlərin fikrincə, hər gün rasiona kahı yarpaqları əlavə etmək insanı bir çox xərçəng və ürək xəstəliklərindən qoruya bilər.
2019-cu ildə alimlərin apardığı araşdırmalara görə, çox miqdarda çiy tərəvəz və yaşıl yarpaqlılar psixi sağlamlığı da qoruyur və depressiya simptomlarını azaldır.
Bu araşdırmalardan sonra alimlər yaşıl yarpaqları psixi sağlamlığa faydalı 10 ərzağın siyahısına daxil ediblər.
Z.HÜSEYNLİ
XQ