Bugünlərdə dünyanın ən yüngül elektrik velosipedi - “Diodra S3” təqdim edilib. 15 kiloqram ağırlığında olan velosipedin bambukdan hazırlandığı qeyd olunur. Yeni velosipedin digərlərindən əsas fərqi ekoloji cəhətdən təmiz olmasıdır.
“Diodra S3” saatda 25 kilometr sürət yığa bilir. Onun, həmçinin xüsusi fırlanma sensoru və elektron sürət dəyişdirmə funksiyası var. Batareya tutumu velosipedə təxminən 100 kilometr məsafə qət etməyə imkan verir.
Qeyd edək ki, “Diodra S3”ü artıq Avropa bazarlarında sifariş etmək mümkündür.
Fidan
XQ