Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng təhvil götürüblər.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

Sosial həyat