Moskvada iftar süfrəsi

post-img

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü və iftar süfrəsi təşkil edilib.

Tədbir Poklonnaya qoradakı Memori­al məscidində açılan “Ramazan çadırı”n­da Moskva şəhəri Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya Fede­rasiyası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə keçirilib və “Ailə ili”nə həsr olu­nub.

Tədbirdə 1500-dən çox insan - icti­mai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan müsəlmanlar iştirak ediblər.

Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva müftisi, Moskva Kafedral Məscidinin ima­mı İldar Alyautdinovun adından təşəkkür məktubu ünvanlanıb. 

Moskvadakı Müsəlman məktəbinin di­rektoru Ənas Həzrət Məmmədov iştirak­çıları müqəddəs Ramazan ayı münasibə­tilə təbrik edib, bu tədbirin keçirilməsinə görə, Heydər Əliyev Fonduna təşəkkürü­nü bildirib. 

Tədbirdə Azərbaycanın tarixindən və adət-ənənələrindən bəhs edən vide­oçarxlar nümayiş etdirilib, “ButaTrio”nun müşayiəti ilə muğam ifa olunub, müsəl­man məktəbinin şagirdləri Məhəmməd Peyğəmbərin həyatından bəhs edən te­atrlaşdırılmış səhnəciklər təqdim ediblər. Tədbir uduşlu hədiyyələr olan viktorina ilə davam edib.

İftar başlamazdan əvvəl “Qurani-Kə­rim”dən ayələr oxunub, axşam namazı qılınıb. Sonra müsəlmanlar Azərbaycanın milli yeməklərini və şirniyyatlarını dadıb­lar.

“Ramazan çadırı” 2006-cı ildən eti­barən müsəlmanların müqəddəs Rama­zan ayında həyata keçirilən illik sosial və xeyriyyə layihəsidir. Heydər Əliyev Fon­dunun Rusiya nümayəndəliyi vitse-prezi­dent Leyla Əliyevanın təşəbbüsü ilə hər il bu xeyriyyə layihəsində iştirak edir.

Son xəbərlər