Sosial xidmət müəssisəsində tibbi aksiya

post-img

Martın 6-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları tərəfindən “Qlaukoma Həftəsi” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində tibbi aksiya keçirilib.

Aksiya çərçivəsində 55 nəfər müayinə olunub. 

Müayinə zamanı pasiyentlərdə refraksiya patologiyası, katarakta, presbiopiya və s. xəstəliklər aşkar edilib. 

Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, profilaktik və müalicə tədbirlərini vaxtında həyata keçirməkdir. 

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Gülnarə Məmmədova, dr. Gülmin Əhmədova və rezident Səbinə Quliyeva tərəfindən həyata keçirilib.

Aksiyada, eyni zamanda, oftalmologiya mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin işçiləri Cənnət Kazımova və Züleyxa Yusifova iştirak ediblər.

Z.HÜSEYNOVA

XQ

 





Sosial həyat