“Bahar çiçəkləri” adlı fərdi yaradıcılıq sərgisi

post-img

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Mühəndislik Universitetində “Bahar çiçəkləri” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.

 Sərgidə universitetin Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqinin üzvü, Prezident mükafatçısı Əfşan Əsədovanın əsasən Vətənin tərənnümünə, bahar motivlərinə həsr olunan 60-a yaxın batika və rəngkarlıq əsərləri nümayiş olunub.

Tədbirdə universitetin rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.

XQ





Mədəniyyət