Ağalıda uşaqların çərşənbə sevinci

post-img

Gündən-günə abadlaşan Zəngilanın Ağalı kəndində uşaqlar da əlamətdar günləri sevinclə qeyd edirlər. Od çərşənbəsi Ağalı kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün yaddaqalan olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq bağçasının balaca sakinləri Od çərçənbəsini sevinclə qarşılayıblar. Təhlükəsizlik qaydaları nəzərə alınmaqla bağçanın həyətində kiçik tonqal qalanıb. Ocaq kənarında Baharın gəlişini xəbər verən səməni qoyulub. Müəllim və uşaqlar birlikdə tonqal ətrafında “Yallı” gediblər. Balacalar tonqal üstündən atlanıb, həmçinin milli musiqi sədaları altında rəqs edərək əylənib, Baharın gəlişinə aid şerlər səsləndirib, tapmaca oyunu oynayıblar.





Sosial həyat