“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramının təşkilatçılığı ilə həyata keçirilən “Bir qəlbi də sən isit!” aksiyası zamanı öhdəliyə götürülən 91 uşağın arzusu reallaşdırılıb.
Sumqayıt şəhərindən olan balacalara “Sevinc paylaşdıqca çoxalır” deyərək öz istəklərinə uyğun hədiyyələr təqdim olunub.
“ASAN Məktub” sosial proqramı çərçivəsində cari ilin yanvar və fevral ayları ərzində Bakı və bir sıra regionlar üzrə 374 uşağın arzusu reallaşdırılıb. Siz də kiçik dostlarımızın sevgi dolu qəhrəmanına çevrilmək istəyirsinizsə, www.asanmektub.az saytına daxil olaraq öhdəliyə məktub götürə bilərsiniz.