Narkoticarətə qarşı mübarizə davam etdirilir

post-img

DİN fevralın 28-də də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəsini davam etdirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 4,7 kiloqramdan artıq narkotik vasitə və 3406 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə  saxlanılan O.Cümşüdlüdən 846 qram çəkidə heroin və 100 qram metamfetamin aşkar olunaraq götürülüb.  

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları isə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar R.Əliyev və S.Qurbanovu saxlayıblar. R.Əliyevdən “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı, 5 ədəd patron, həmçinin 500 qram marixuana və metamfetamin, S.Qurbanovdan isə 4 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat