Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Firuzabad qəsəbəsində səyyar qəbul keçirib.
Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun akt zalında keçirilən səyyar qəbulda Elvin Paşayev belə tədbirlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə olunmasını tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup qəsəbə sakinini dinləyən İcra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən qəsəbədə suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün boruların təmir edilməsi, Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun balansında olan torpaq sahəsində 2008-ci ildən istifadədə olan 0.12 hektar torpaq sahəsindəki tikiliyə elektrik xəttinin bərpası, qəsəbənin sürətli internetlə təmin olunması, yeni subartezian quyusunun qazılması, yük maşınlarının qəsəbədaxili asfalt yola girişinin məhdudlaşdırılması, içməli su verilişində yaranan fasilələrin aradan qaldırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verib və tövsiyələrini bildirib.
Hamlet Qasımov
XQ
Göygöl rayonu