“Oka” oğruları ələ keçdilər

post-img

Fevralın 15-nə keçən gecə Nizami rayonu ərazisindən “Oka” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən H.Məlikli və F.Qədirov rayon ərazisində avtomobillə saxlanılıblar.

Araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat