Fevralın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 8 ədəd müxtəlif markalı tüfəng və 43 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmin gün əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 15-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 6 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 tüfəng, 8 ədəd qumbara, 44 ədəd patron darağı, 3114 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
P.ƏMİRCANOV
XQ