16 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və 112 ədəd metadon həbi aşkar olunaraq götürülüb.   
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş M.Vəliyev saxlanılıb. Ondan 1 kiloqram 950 qram heroin aşkar olunaraq götürülüb.  
Araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat