Türkiyə xüsusi xidmətləri təhlükəli terrorçunu zərərsizləşdirib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) səyləri ilə Suriyanın Qamışlı şəhərində “Sorhin Rojilat” ləqəbli PKK terrorçusu Fatma Səkanə zərərsizləşdirilib. Məlumatı “Anadolu” verib. 

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Səkanə 2006-cı ildə İranda PKK-ya qoşulub. 2010-2012-ci illərdə Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində cinayət əməlləri həyata keçirib.

2 sentyabr 2012-ci ildə Şırnakın Beytyuşşebap rayonunda 10 türk əsgərinin həyatına son qoyan hücumun təşkilində iştirak edib. O, daha sonra Suriya və İraqda PKK tərkibində terror fəaliyyətini davam etdirib.

İraqda olarkən PKK liderlərindən biri Duran Kalkanla əməkdaşlıq edib.

P.ƏMİRCANOV
XQ

Dünya